Dünya

XİN: Ermənistan tərəfi Azərbaycan Prezidenti ilə görüşə konstruktiv əhvalla gedir

23 Oktyabr 2014 13:01
Baxış: 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistan tərəfi bu ayın sonunda Parisdə keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə konstruktiv əhval-ruhiyyə ilə gedir.

Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan cümə axşamı jurnalistlərə bildirib.

Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən xəbər yayıb.

Onun sözlərinə görə, Yerevan Fransa prezidenti Fransua Ollandın bu təşəbbüsünü yüksək qiymətləndirir.

Nalbandyan qeyd edib: "Parisdə görüş son üç ay ərzində həmsədr ölkələr tərəfindən təşəbbüs göstərilən sayca ikinci görüş olacaq. Bu, həmsədr ölkələrin Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesində irəliləyişə nail olması üçün yekdil fəal səylər göstərmək qətiyyətlərini nümayiş etdirir".

Fransa prezidenti Fransua Olland bundan əvvəl Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi barədə təşəbbüslə çıxış edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.