Dünya

Ana vəhşiliyi: oğlunu şil-küt etdi, xəndəyə atdı - FOTO

23 Oktyabr 2014 14:29
2 Şərh     Baxış: 2 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çində baş vermiş olay ölkədə şok effekti yaradıb. Ana ögey oğlunu vəhşicəsinə döyüb, boğub, sonra uşağın öldüyünü zənn edərək onu xəndəyə atıb.

Milli.Az Mirror-a istinadən bildirir ki, olay Çinin Quçjou vilayətində yaşanıb.
 

40 yaşlı Qan Szyan arvadını, 30 yaşlı Tin Lyanı boşamaq fikrinə düşmüşdü.

Tin də ərindən qisas almaq üçün Qanın əvvəlki nikahdan olan 7 yaşlı oğlu Çjeni amansızlıqla döyüb, boğub. O, uşağın öldüyünü düşünərək huşunu itirmiş Çjeni daş kömür mədəninin yaxınlığındakı xəndəyə atıb.
 

Çjeni mədənin fəhlələri 3 gün sonra aşkarlayıblar və Fenqan şəhərindəki xəstəxanaya aparıblar. Uşaq ölüm ayağında idi, güclə nəfəs alırdı.

"Onunla yaşamaq artıq mümkün deyildi. Oğlumu da götürüb, gedəcəyimi dedim. Tin heç nə söyləmədi, evdən çıxdı. Mən də işə yollandım. Amma iki saat sonra polisdən zəng vurub dedilər ki, arvadım oğlumu öldürmək istəyib", - Qan Szyan söyləyib.
 

Polisdən verilən məlumata görə, Tin ögey oğlunun oxuduğu məktəbə yollanıb və Çjeni dərsdən çıxarıb.
 

O, uşağı daş kömür mədəninə apararaq orada vəhşicəsinə döyüb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.