Dünya

"Vnukovo" aeroportunun rəhbərləri istefa verdilər

23 Oktyabr 2014 12:00
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vnukovo" aeroportunun baş direktoru Andrey Dyakov və onun müavini Sergey Solntsev öz postlarını tərk ediblər

Trend xəbər verir ki, bu barədə RİA Novosti aeroportun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda deyilir:

"Oktyabrın 20-dən 21-nə keçən gecə baş vermiş faciəli hadisə ilə əlaqədar "Vnukovo" aeroportunun baş direktoru Andrey Sergeyeviç Dyakov və onun müavini, ehtiyatda olan aviasiya general-leytenantı Sergey Nikolayeviç Solntsev istefa veriblər. "Vnukovo" rəhbərlərinin istefası qəbul edilib".

"Vnukovo"nun növbə direktoru, aerodromun istismar bölməsinin rəisi, növbənin aparıcı mühəndisi vəzifə səlahiyyətlərinin yerinə yetirilməsindən azad ediliblər.

Qeyd edək ki, oktyabrın 20-dən 21-nə keçən gecə "Vnukovo" aeroportunda "Total" neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə uçuş-enmə zolağına düşərək yanıb. Hadisədə dörd nəfər - Kristof de Marjeri, pilotlar və stüardessa həlak olub. Maşının sürücüsü ciddi xəsarət almayıb. Təcili yardım ona hadisə yerində yardım edib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşının sürücüsü sərxoş olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.