Dünya

Türkiyədə Ebola virusu şübhəsi ilə daha bir nəfər xəstəxanaya yerləşdirilib

23 Oktyabr 2014 11:32
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə Ebola virusu şübhəsi ilə həcc ziyarətindən qayıtmış daha bir ölkə vətəndaşı xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Anadolu agentliyi məlumat yayıb.

Beləliklə, Türkiyədə Ebola virusu şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı altı nəfərə çatıb. Onlardan beşi həcc ziyarətindən qayıdıb, biri isə Somalidə təhsil alan tələbədir.

Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Leone, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb.

Türkiyənin 36 vilayətində ölkədə baş verə biləcək Ebola virusuna yoluxma halları ilə bağlı 45 xüsusi xəstəxana ayrılıb. Xüsusi təyinatlı xəstəxanalar əsasən beynəlxalq aeroportların mövcud olduğu vilayətlərdə ayrılıb. Həmçinin Ankarada 3, İstanbulda 2 belə xəstəxana ayrılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.