Dünya

Avropanı erkən qış dağıdır

23 Oktyabr 2014 10:10
2 Şərh     Baxış: 1 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Fransanın cənub-şərq regionunda bol miqdarda qar yağıb

Avropa ölkələri erkən qış fəslini yaşayır. Ötən gün Fransanın cənub-şərq regionunda bol miqdarda qar yağıb. Savua rayonunda yağan qar bir neçə saat ərzində rayonu ağ örtüyə bürüyüb. Rayonda temperatur mənfi 1 dərəcəyə qədər düşüb. Yağıntılarla əlaqədar yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Sloveniyada da oxşar vəziyyət yaşanıb. Maribor şəhərində bəzi bölgələrdə qarın qalınlığı 150 santimetrə çatıb. Vəziyyətlə əlaqədar məktəblər bir neçə günlük tətil ediblər. Paytaxt Lyublyanada isə aramsız yağışlar daşqınlara səbəb olub. Daşqın suları şəhər mərkəzində iş idarələrini və evləri basıb. Xilasedicilər suların əsarətində qalan insanları kiçik qayıqlar vasitəsilə xilas ediblər. Məlumata görə, bəzi bölgələrdə suyun səviyyəsi 3 metrə çatıb. Təbii fəlakətlə əlaqədar bölgələrdə elektrik kəsintiləri qeydə alınıb.

Almaniyanın Bremerxafen liman şəhərin də daşqınlar olub. Bir qədər əvvəl Atlantik okeanında tüğyan edən Qonzalo qasırğası daşqınlara səbəb olub. Avropanın qərb sahillərinə çatan şiddətli küləklər fəsadsız ötüşməyib. Daşqın suları onlarla avtomobili batırıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.