Dünya

İsraildə terror: 3 aylıq körpə öldü - VİDEO

23 Oktyabr 2014 10:43
0 Şərh     Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qüds şəhərində avtomobil sürücüsü piyadaları vurub

İsrailin Qüds şəhərində avtomobil sürücüsü piyadaları vurub. Hadisə nəticəsində 3 aylıq körpə ölüb, 8 nəfər xəsarət alıb. Təhlükəsizlik kameralarına düşən görüntülərdə sürücünün qəfildən yoldan çıxaraq piyadaların üzərinə doğru istiqamət aldığını müşahidə etmək olur.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, İsrail polisi faktı terror hücumu adlandırıb. Belə ki, araşdırma zamanı sürücünün İsrail tərəfindən terrorçu qruplaşma kimi qəbul olunan Həmasın sabiq üzvü olduğu ortaya çıxıb. Kadrlarda sürücünün qəsdlə avtomobili insanların üzərinə sürdüyü aydın görünür. Məlumata görə, polis sürücüyə atəş açaraq onu zərərsizləşdirib.

Sözügedən pakistanlı şəxs bir müddət əvvəl həbsdən çıxıb.

Hadisədən dərhal sonra İsrailin baş naziri Benyamin Netanyahu Fələstin lideri Mahmud Abbası Qüdsdə israillilərə hücum edilməsi üçün insanları təhrik etməkdə günahlandırıb.

Netanyahu vəziyyətlə əlaqədar rəsmi dairələrdən Qüds şəhərində təhlükəsizlik xidmətinin gücləndirilməsini tələb edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.