PYD silahlılarının İŞİD-ə qarşı döyüşlərə yetəcək 2 günlük gücü qalıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Kobani şəhərində tərəflər arasında cərəyan edən döyüşlərə münasibət bildirərkən bu cür açıqlama verib.Ərdoğan Kobanidə davam edən döyüşlərə münasibət bildirərəkən bu cür açıqlama verib
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Ərdoğan qeyd edib ki, Türkiyə hökuməti İŞİD-ə qarşı mübarizəyə dəstək versə də, ona qarşı döyüşən PKK terror qruplaşmasının bir qolu olan PYD-nin silahlandırılmasına razı olmayacaq. Ərdoğan, bununla belə, Peşmərgə kürd qüvvələrinə və Azad Suriya Ordusuna dəstək ola biləcəklərini qeyd edib.
"Kobani nə üçün strateji əhəmiyyət kəsb edir, bunu anlamıram. Çünki istənlən halda bu şəhərdə mülki vətəndaş qalmayıb. 200 min insan ölkəmizə keçdi. Biz onlara ev sahibliyi edirik. Kobanidə sadəcə 2000-ə yaxın döyüşən insan var", - deyə Ərdoğan qeyd edib.
Ərdoğan onu da əlavə edib ki, PYD-yə göstərilən dəstək PKK-ya göstərilən dəstəyə bərabərdir. Onun sözlərinə görə, hökumət buna qarşı mübarizə aparacaq.
Milli.Az