Dünya

Diktatura turistləri cəlb etmək istəyir - FOTO

23 Oktyabr 2014 13:34
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen In ölkəsinin imicini ciddi şəkildə dəyişmək niyyətindədir. Dünyanın ən qapalı ölkəsi sayılan Şimali Koreya diktatura rejimi tərəfindən idarə olunduğundan Koreya yarımadasının şimalına turist axını, demək olar ki, yoxdur.
 

Kim Çen Inın qərarına görə, Şimali Koreyaya yollanan turistlərin sayı 2016-cı ilədək 1 milyon nəfərə çatdırılmalıdır.

İndi həmin məqsədlə ölkənin müxtəlif yerlərində istirahət və əyləncə məkanları tikilir. Belə yerlərdən biri də Vonsan hərbi-dəniz bazasının yaxınlığında, Tehva dağlarında inşa edilmiş Masikryun dağ-xizəkçilik kurortudur.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sinqapurlu bloqer Aram Pan oktyabrın 16-20-də bu kurortda olub.

Onun dediyinə görə, rəsmi Pxenyanın bütün səylərinə rəğmən, ölkəyə turist axını yoxdur.
 

"Bu böyük, zövqsüz dəbdəbə ilə tikilmiş oteldə məndən savayı bir turist də yoxdu. İlin əvvəlində istifadəyə verilmiş bu otel gündə 5 min turistə xidmət üçün nəzərdə tutulub. Amma ora boşluqdur", - Aram Pan yazıb.
 

Kurortdakı avadanlığı Pxenyan ilk əvvəl İsveçrədən almaq istəyirdi. Lakin beynəlxalq sanksiyalar buna imkan verməyib və Pxenyan rejimi avadanlığı Çindən alıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.