Dünya

Dəhşət: 3 yaşlı qızı zorladılar!

22 Oktyabr 2014 22:14
3 Şərh     Baxış: 3 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hindistanda dəhşətli hadisə baş verib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Benqalor şəhərində məktəbdə 3 yaşlı uşaq naməlum şəxs tərəfindən zorlanıb. Naməlum şəxs qızı birinci qızı döyüb, daha sonra isə zorlayıb. Polis hazırda hadisə yerindən qaçan həmin şəxsi axtarır.

Polis müşahidə kameralarını araşdırır və uşağın sağlamlıq vəziyyəti haqqında məhkəmə-tibbi ekspertizanın hesabatını gözləyir.

"İlkin tibbi yoxlama uşağın bədənində zorakılığın izlərini aşkar edib. Qız indi şokdadır", - polis bildirib.

Polis məktəbdə işləyən altı kişi müəllim dindirilib. Onlardan hələ heç kim həbs edilməyib.

Qeyd edək ki, ötən il Hindistanda avtobusda 21 yaşlı tələbə qız kütləvi zorlanmaya məruz qalmışdı. Bundan sonra ölkəni zorlamalara qarşı kütləvi etiraz dalğası bürümüşdü.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.