Dünya

Kanada parlamentinə silahlı hücum: ölən və yaralanan var - YENİLƏNİB - VİDEO - FOTO

23 Oktyabr 2014 09:22
0 Şərh     Baxış: 3 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
22.10.2014
22:48


Ottavada silahlı insident nəticəsində yaralanan fəxri qarovul əsgəri vəfat edib.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə New York Times qəzeti polisə istinadla məlumat yayıb.

Ottava polisi atışmada şübhəli bilinən bir neçə nəfərin olduğunu qeyd edib, onlar barəsində hazırda axtarış-əməliyyat tədbirləri həyata keçirilir. Polis vətəndaşlara pəncərəyə və parlamentin binasına yaxınlaşmamağı tövsiyə edib.

Qeyd edək ki, atışma Ottavada eyni vaxtda bir neçə yerdə baş verib. Ottava polisi şəhərdə azı üç silahlı insidentin olduğunu təsdiqləyib.

Polisin məlumatına əsasən, atışma parlamentin binasında, Milli hərbi memorialın yaxınlığında və "Rideau Centre" Ticarət Mərkəzində törədilib.

Son məlumata görə, Ottavanın mərkəzində silsilə atışma nəticəsində daha 2 nəfər yaralanıb. "CBC" telekanalı xəstəxanaya 2 yaralının gətirildiyini qeyd edib.

İnsidentlərin təfərrüatları hələlik açıqlanmır.

---------
21:56


Kanadanın paytaxtı Ottavada naməlum silahlı şəxs parlamentin qarşısındakı Milli hərbi memorialın yaxınlığında atəş açıb, sonra isə qaçaraq parlamentin binasına daxil olub.

APA-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, binaya daxil olan cinayətkar burada təxminən 30 dəfə atəş açıb.

Son məlumata görə, silahlı şəxs artıq öldürülüb. Atışma zamanı hərbçilərdən birinin yaralandığı bildirilir.

Ölkənin baş naziri Stiven Xarper dərhal parlamentdən təxliyə edilib.

Qeyd edək ki, ötən gün Kanada hakimiyyəti ölkədə terror təhlükəsinin səviyyəsini "aşağı"-dan "orta"-ya dəyişib.

---------
20:51

Ottavada Kanada parlamentinin binasında atəş açan naməlum şəxs güllələnib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Kanada parlamentinin deputatı Bernar Trottye "Twitter" səhifəsində yazıb.
 

Naməlum şəxs binanın yaxınlığındakı hərbi qulluqçusu yaralayıb içəri daxil olduqdan sonra ölkənin Baş naziri Stiven Harperi təxliyyə ediblər.

Milli.Az

-----------------
23.10.2014
09:22



----------------
22.10.2014
22:48

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.






Böyütmək üçün şəkillərə klikləyin.



Foto, video: apa, Day.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.