Dünya

Nazir: Elektromobil istehsalı Türkiyə üçün prioritetə çevrilir

22 Oktyabr 2014 20:18
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Elektromobil yaradılması Türkiyə üçün prioritetə çevrilir, çünki Türkiyə daxili yanacaqlı mühərrikli avtomobil istehsal edən ölkələrlə rəqabət aparmaq gücündə deyil.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Fikri İşıq deyib.
 

Onun sözlərinə görə, Türkiyə yaxın illərdə ilk yerli elektromobil istehsal etmək niyyətindədir.

Qeyd edək ki, Türkiyə Avropada avtomobil istehsalı üzrə altıncı yeri tutur. Ölkədə "Ford", FIAT, "Renault", "Toyota", "Honda", "Opel", "Hyundai", "Mercedes Benz" və MAN markalı avtomobillər yığılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.