Dünya

Kürdlər anlaşdılar, dövlət qururlar - FOTO

22 Oktyabr 2014 16:49
0 Şərh     Baxış: 1 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyadakı kürdlər ölkənin şimalında özlərinə dövlət qurmaq üçün hazırlıqlara başlayıblar.
 

Milli.Az The Times-a istinadən bildirir ki, Suriyanın şimalındakı bölgələrdə yaşayan kürdlərin liderləri müzakirələr və danışıqlar apararaq artıq anlaşıblar.
 

Onlar ilk əvvəl dövlətin qurulduğunu elan edəcək, sonra yerli strukturlara seçkilər keçirəcəklər.
 

Suriyanın şimalındakı Cizre, Efrin və Kobani vilayətlərini birləşdiəcək dövlət kürdlərin "Rojava" adlandırdıqları "müstəqil kürd məkanı"nın sərhədləri içində olacaq. Bununla bağlı İraqın Duhok şəhərində danışıqlar aparılıb.
 

Türkiyə bu danışıqlara və "layihə"yə qətiyyətlə etiraz etsə də, İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin lideri M.Bərzani təmkinlə yanaşıb.
 

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.