Dünya

Azərbaycanlı milyarder infeksiyaya yoluxdu

22 Oktyabr 2014 13:42
1 Şərh     Baxış: 2 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il dekabrın 17-dəki əməliyyatda saxlanılan azərbaycanlı iş adamı Rza Zərrabın sağlamlığında problem var

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı yazır ki, "Yolsuzluq və rüşvət" əməliyyatının qurbanlarından olan Zərrab beş gündür Qayrettepedəki bir xəstəxanada həkim nəzarətindədir.

Azərbaycanlı iş adamının öd kisəsindən əməliyyat olunduqdan sonra infeksiyaya yoluxduğu məlum olub.

Qeyd olunur ki, Ebru Gündeş həyat yoldaşının ağır günlərində onu yalnız buraxmayıb. Qayrettepe xəstəxanasının tibbi personalına Zərrabın həmin səhiyyə ocağında müalicə olunduğu xəbərini maksimum dərəcədə qorumaq tapşırığı verilsə də, xəbər mətbuata sızıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.