Dünya

"Total"a yeni direktor təyin edildi - YENİLƏNİB

22 Oktyabr 2014 16:27
0 Şərh     Baxış: 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:27

Patrik Puyanne Fransanın "Total" neft-qaz korporasiyasına yeni direktor təyin edilib. P.Puyanne bunadək şirkətin Neft emalı və neft kimyası şöbəsinin müdiri olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tyerri Demare isə şirkətin prezidenti seçilib.
 

Qeyd edək ki, çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda "Total" neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə uçuş-enmə zolağına düşərək yanıb. Hadisədə dörd nəfər - şirkətin prezidenti Kristof dö Marjeri, pilotlar və stüardessa həlak olub.


----------
11:04

Moskvada təyyarə qəzasında həlak olmuş Kristof de Marjerinin rəhbəri olduğu Fransanın "Total" neft-qaz korporasiyasının Direktorlar Şurası bu gün keçirəcəyi təcili iclasda şirkətin yeni prezidentinin seçilməsini planlaşdırır. Bu barədə "Wall Street Journal" şirkətdəki mənbəsinə istinadən xəbər verir.

Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Bununla yanaşı, iclasda şirkətin icraçı direktoru ilə Direktorlar Şurasının sədri vəzifələrinin bölünməsi haqqında qərar çıxarıla bilər.

Qeyd edək ki, "Total" şirkətinin icraçı direktoru postuna əsas iddiaçılar Neft emalı və neft kimyası şöbəsinin müdiri Patrik Puyanne və hazırda Marketinq şöbəsinə rəhbərlik edən Filipp Buassodur. Direktorlar Şurasının sədri vəzifəsinə 2010-cu ildə bu postu tutmuş Tyeri Desmare qayıda bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.