Dünya

İŞİD türkmənləri öldürdü

22 Oktyabr 2014 10:07
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10 minə yaxın türkmən əhali bölgədən köç etməli olub

İŞİD silahlıları İraqda türkmənlərin kompakt yaşadığı zonaya hücum ediblər.

Anspress-in məlumatına görə, İŞİD terror qruplaşması türkmənlərin kompakt şəkildə yaşadığı İraqın Diyala vilayətinə bağlı Qaratəpə qəsəbəsində üç istiqamətdən raket və ağır silahlarla hücum həyata keçirib.

İŞİD silahlılarının atdığı raket nəticəsində 3-ü uşaq, 7-si əsgər olmaqla, 10 nəfər ölüb, 16 nəfər isə ağır yaralanıb.

Bundan başqa, terrorçu qruplaşma qəsəbənin bir kilometr qərbində yerləşən Əlisaray və Seyf Saad kəndlərini də ələ keçirib. Türkmənlərin yaşadığı kəndlərdən aralarında qadın və uşaqlar olan 30 nəfəri qaçırıblar. Daha sonra şiələrə aid məscid və hüseyniyyələri dinamitlə havaya uçurublar.

Onu da qeyd edək ki, İŞİD silahlılarının Qaratəpəyə hücumları nəticəsində təxminən 10 minə yaxın əhali bölgədən köç etmək məcburiyyətində qalıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.