Dünya

Gündoğar ölkədə sunami təhlükəsi

22 Oktyabr 2014 09:42
0 Şərh     Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyanın cənubunda maqnitudası 5,5 bal gücündə olan zəlzələ qeydə alınıb.

Anspress-in məlumatına görə, yeraltı təkanların episentri Şərqi-Çin dənizində, Okinava adası yaxınlığında, ocağı isə 50 kilometr dərinlikdə olub. Bu barədə Yaponiyanın milli meteoroloji stansiyası məlumat yayıb.

Zəlzələ Okinava prefekturasının bütün adalarında, Kaqosimada, eləcə də Kyuşu adasında da hiss olunub.

Meteoroloqlar əvvəlcə sunami təhlükəsi elan ediblər, ancaq bir neçə dəqiqə sonra xəbərdarlığı geri götürüblər.

Hadisədə zərər çəkənlərin və dağıntının olması ilə bağlı heç bir məlumat yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.