Dünya

Ən kiçik girovun 1 yaşı oldu

22 Oktyabr 2014 12:01
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiçik qız baş nazir Əhməd Davudoğluna baba deyir

İyunun 11-də İraqın Mosul şəhərində İŞİD terrorçularının girov götürdüyü türkiyəli 49 girovdan Emin Ercanın qızı Ela Ecrin Ercanın 1 yaşı tamam oldu.

Anspress-in məlumatına görə, Ercan ailəsi qohumları ilə birlikdə kiçik qızın ad gününü şəhərdəki restoranlardan birində qeyd ediblər.

Özü də girovluqda olmuş azyaşlının anası Sümeyye Ercan çox xoşbəxt olduğunu və bunu sözlə ifadə edə bilmədiyini deyib.

"Girov olduğumuz vaxt bir daha buraya qayıda bilməyəcəyimizi fikirləşmişdik. Allaha şükür, buradayıq və qohumlarımızla qızımızın 1 yaşını qeyd edirik".

Ela Ecrinin 2 həftə əvvəl danışmağa başladığını deyən ana qızının televizorda gördüyü zaman baş nazir Əhməd Davudoğluna baba dediyini bildirib.

"Hər şey onun sayəsində oldu. Allah ondan razı olsun".

Xatırladaq ki, iyunun 11-də 49 Türkiyə vətəndaşı İraqın Mosul şəhərində İŞİD terrorçuları tərəfindən girov götürülmüşdü. Türkiyə hökumətinin girovları geri qaytarmaq cəhdi nəhayət sentyabrın 20-də nəticəsini verdi və bundan xəbər tutan Türkiyə baş naziri Əhməd Davudoğlu azad edilən türk diplomatları qarşılamaq üçün Azərbaycandakı rəsmi səfərini yarımçıq qoyaraq Türkiyəyə yollanmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.