Dünya

Təzə gəlinin keçmiş əri başına bəla oldu

22 Oktyabr 2014 09:55
0 Şərh     Baxış: 1 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uşaqlarımın başqa biri ilə eyni evdə yaşamağını qəbul edə bilmərəm"

Ötən ay ailə həyatı quran Türkiyənin tanınmış müğənnisi Gülben Ergenlə keçmiş əri Mustafa Ərdoğan arasında gərginlik davam etməkdədir.

Anspress-in məlumatına görə, yeni həyat yoldaşı Erhan Çeliklə xoşbəxt günlər yaşayan Gülben Ergen onunla 8 il evli olmuş keçmiş əri Mustafa Erdoğanın övladları barədə söylədiyi fikrə münasibətini bildirib.

"Milliyet" qəzetinə müsahibə verən tanınmış iş adamı Mustafa Erdoğan övladları ilə bağlı öhdəlikləri yerinə yetirməyə çalışdıqlarını söyləyib.

"Gülben yaxşı ana idi. Əsas olan bundan sonra da yaxşı olmasıdır. Əgər belə olmasa, müdaxilə etməli olacam. Uşaqlarımın başqa biri ilə eyni evdə yaşamağını qəbul edə bilmərəm", - deyə M.Erdoğan vurğulayıb.

G.Ergenin isə buna cavabı gecikməyib. O, sosial şəbəkədə yazdığı sitatda hirsli bir insanın nələrsə danışmağını normal qarşıladığını və bu məsələdə sakitliyini qoruyacağını qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.