Dünya

Türkiyə erməniləri qərara gələ bilmirlər

21 Oktyabr 2014 13:27
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyədə İstanbul ermənilərinin patriarxı Mesrob Mutafyanın komaya düşməsindən sonra patriarxlığın Aram Ateşyana verilməsi erməni icmasını iki hissəyə bölüb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Məlumata əsasən, ermənilərin bir çoxu patriarxlığın bu şəkildə digər şəxsə ötürülməsinin doğru olmadığını və patriarx Mesrob Mutafyanın möcüzə sayəsində sağalacağına inandıqlarını bildiriblər.

Məlumatda o da qeyd olunur ki, iki cəbhəyə bölünən Türkiyə erməniləri yaranan problemin həlli üçün məhkəməyə müraciət edəcəklər.

Məlumat üçün bildirək ki, patriarx Mesrob Mutafyan keçən ilin fevralından komadadır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.