Dünya

Prezidenti həlak olan neft şirkətinin səhmləri ucuzlaşdı

21 Oktyabr 2014 13:19
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Total" rəhbərinin həlak olması barədə xəbərlərdən sonra şirkətin səhmləri 2,2 faiz ucuzlaşıb
 
Çərşənbə axşamı Parisdə hərraclar açıldıqdan sonra Fransanın "Total" iri neft-qaz şirkətinin səhmlərinin kotirovkası 2,2 faiz ucuzlaşıb. Bu barədə Trend "İnterfaks"a istinadən xəbər yayıb.

ABŞ-da əsas sessiyalar bağlandıqdan sonra əlavə hərraclarda "Total"ın səhmləri 1,1 faiz ucuzlaşıb.

Fransanın "Total" neft şirkətinin rəhbərinin içərisində olduğu şəxsi təyyarə çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda qartəmizləyən maşınla toqquşub. Nəticədə o həlak olub. Rusiya İK-nın məlumatına görə, maşının sürücüsü sərxoş olub.

Korporasiya Marjerinin Moskvada həlak olması faktını təsdiqləyən bəyanat yayıb. Uçuşa hazırlaşan təyyarənin göyərtəsində olan dörd nəfər qəzanın qurbanı olub.

63 yaşlı Marjeri bazar ertəsi Rusiyanın Baş naziri Dmitri Medvedevin sədrliyi ilə keçirilmiş İnvestisiyalar üzrə Məsləhət Şurasının iclasında iştirak etmək üçün Moskvaya uçubmuş.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.