Dünya

İranın amerikalı jurnalisti öldü, yoxsa öldürüldü?- FOTO

21 Oktyabr 2014 12:32
1 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Press TV telekanalının amerikalı jurnalisti, Türkiyədə xüsusi reportyor olan Serena Şim Türkiyənin cənubunda avtomobil qəzasında həlak olub.
 

MilliAz ABC-yə istinadən bildirir ki, S.Şimin ölümü böyük qalmaqal yaradıb. Belə ki, amerikalı reportyor ölümündən iki gün əvvəl Suriyanın Kobani şəhərinin yaxınlığında hazırladığı reportajda böyük qalmaqal yaradacaq açıqlama vermişdi.
 

"Türkiyənin xüsusi xidmət strukturları mənimlə maraqlanırlar. Daha doğrusu, onlar məni hədələyiblər. Səbəb isə Türkiyədən Suriya ərazisinə keçən humanitar yardım karvanlarındakı avtomobillərin bir çoxunda silah və hərbi texnikanın olmasıdır. Bu silahların "İraq və Şam İslam Dövləti" terror təşkilatı üçün nəzərdə tutulduğu iddia olunur. Türkiyədə həbs ediləcəyimdən qorxuram. Məndən niyə şübhələndiklərini anlamıram. Fəaliyyətim tam şəffafdır", - Serena Şim söyləmişdi.
 

Press TV-nin saytında yerləşdirilmiş məlumatda deyilir: "Serana Şim icarəyə götürdüyü avtomobillə Urfa vilayətindəki Suruç şəhərindəki otelə qayıdarkən yolda çox müəmmalı qəza baş verib və reportyorumuz həlak olub".
 

Hürriyet-in məlumatına görə, Serena Şimin maşını yolda betonqarışdıran avtomobillə toqquşub. Avtomobilin sürücüsü həbs olunub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.