Dünya

Tanınmış rəqqasənin ölümü müəmma oldu - FOTO

21 Oktyabr 2014 12:54
0 Şərh     Baxış: 3 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın populyar rəqqasələrindən biri Kseniya Foudataki son illər İstanbulda yaşayırdı. O, şəhərin Cihangir səmtindəki evində ölü tapılıb.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, 38 yaşlı rəqqasə bu ilin yanvarında Cihangirdəki "Bostanbaşı Caddesi" küçəsində sevgilisi Mehmet Emin K. ilə birlikdə mənzil kirayələmişdi.
 

Mehmet Emin iki ay sonra Kseniyanı tərk edib və rəqqasə tək yaşamağa başlayıb. O, mənzil üçün ayda 1200 lirə kirayə pulu ödəyirdi.

Oktyabrın 18-də qonşular mənzildən çox pis qoxu gəldiyindən şübhələnərək polisə zəng vurublar. Hadisə yerinə gəlmiş polis rəqqasənin cəsədini dəhlizdə, döşəmədə görüb. Cəsəd göyərmiş, şişmişdi.
 

Polisin diqqətini çəkən məqam Kseniya Foudatakinin başında yara olması, qulağından qan gəlməsiydi.
 

Mənzilin qapısı içəridən bağlı idi və pəncərələrdə də dəmir çərçivə vardı.
 

Polis bu müəmmalı ölümü araşdırır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.