Dünya

Məşhur şirkətin avtomobillərində ciddi problem yarandı

21 Oktyabr 2014 12:01
0 Şərh     Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Almaniyanın avtomobil istehsalçısı olan Volkswagen Şimali Amerika və Çindən 1.1 milyon avtomobilini geri çağırır. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, avtomobillərin arxa asmalarının qollarında defekt aşkarlanıb. 

Defekt əsasən 2011-2013 və 2012-2013-cü illərdə istehsal olunmuş Jetta və hetçbeklərdə aşkarlanıb. 442,2 min avtomobil ABŞ-da, 126 min avtomobil isə Kanadada geri çağırılacaq. Eyni defektə görə Çində 581 min avtomobil geri çağırılır. Onlar arasında Sagitar sedanları və Beetle hetçbekləri də var. 

Volkswagen-in dilerləri avtomobilləri yoxlayacaq və defektli hissələri dəyişəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.