Dünya

"Total"da təcili toplantı

21 Oktyabr 2014 11:49
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən gecə Rusiyanın "Vnukovo" aeroportunda təyyarə qəzasında həlak olan Kristof de Marjerinin rəhbəri olduğu "Total" neft şirkətinin Direktorlar Şurasının İdarəetmə və Etika Komitəsi təcili iclas keçirməyi planlaşdırır.

Bu barədə Trend "İnterfaks"a istinadən xəbər verir.

Bir müddət əvvəl xəbər verilib ki, Fransanın "Total" neft şirkətinin rəhbərinin içərisində olduğu şəxsi təyyarə çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda qartəmizləyən maşınla toqquşub. Nəticədə o həlak olub. Rusiya İK-nin məlumatına görə, maşının sürücüsü sərxoş olub.

Korporasiya de Marjerinin Moskvada həlak olması faktını təsdiqləyən bəyanat yayıb. Uçuşa hazırlaşan təyyarənin göyərtəsində olan dörd nəfər qəzanın qurbanı olub.

63 yaşlı Marjeri bazar ertəsi Rusiyanın baş naziri Dmitri Medvedevin sədrliyi ilə keçirilmiş İnvestisiyalar üzrə Məsləhət Şurasının iclasında iştirak etmək üçün Moskvaya uçubmuş.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.