Ermənistanla İran arasında münasibətlər yüksək səviyyədədir və qarşılıqlı etimad mühitində inkişaf etməkdə davam edir.
Bunu dünən Ermənistanın baş naziri Ovik Abramyan İran prezidenti Həsən Ruhani ilə görüşündə bildirib.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkə hökumətinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Ermənistanın baş naziri qeyd edib ki, İrana rəsmi səfər iqtisadi münasibətlərin canlanmasına və yeni investisiyaların cəlb edilməsinə yardım edir.
Öz növbəsində Ruhani qeyd edib ki, ölkəsi Yerevanın təşəbbüslərini dəstəkləməyə, eləcə də birgə proqramların həyata keçirilməsinə kömək etməyə hazırdır.
Abramyan və Həsən Ruhani bir sıra sahələrdə, o cümlədən energetika, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Ermənistanın baş naziri Ovik Abramyan, həmçinin İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Məlumatda deyilir: "Tərəflər regional problemləri və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasının və münaqişələrin dinc yolla nizamlanmasının vacibliyini vurğulayıblar".
Görüşlər zamanı tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması məsələsinə toxunaraq beynəlxalq strukturlarda əməkdaşlığın vacibliyini qeyd ediblər.
Milli.Az
Dünya
Ermənistan və İran regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
21 Oktyabr 2014 11:21
0 Şərh
Baxış: 717
DİGƏR XƏBƏRLƏR
- Lavrov: Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır
- Rusiyadan İranla İsrailə çağırış
- Rusiyada adam öldürən azərbaycanlı saxlanıldı
- Lavrovdan Ermənistanın KTMT ilə bağlı ittihamlarına CAVAB
- Yardım olmasa, Ukraynada vəziyyət pis olacaq - Börns
- Lavrov İstanbul razılaşmalarının bəzi bəndlərini açıqladı
XƏBƏR LENTİ
- Lavrov: Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır
- İdman və Biz: XƏBƏR - VİDEO
- Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
- Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
- Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə
- Gülay dəbdəbəli bağından VİDEO paylaşdı
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və "İpek” qablaşdıran yer aşkarlandı - FOTO
- "Çelsi" və "Mançester Siti" rusiyalı futbolçu ilə maraqlanır
- Rusiyadan İranla İsrailə çağırış
- Xalq artistlərinin HİND RƏQSİ - VİDEO
- “Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (Best Use of AI in Digital Transformation) mükafatına layiq görüb
- Rusiyada adam öldürən azərbaycanlı saxlanıldı
- Bakı Fransız Liseyinin bağlanma səbəbi AÇIQLANDI - YENİLƏNİB
- Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
- “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
- Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazlarına dair ictimai dinləmələr başa çatdı
- Hacı Nuran "Pusu"nun aktyoruna "Bugatti" alıb? - VİDEO
- Lavrovdan Ermənistanın KTMT ilə bağlı ittihamlarına CAVAB
- “Barselona” bu tarixdə doğma “Nou Kamp”a qayıdır
- Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı
- Ataların da güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
- Mədə ağrısı. Səbəbləri və ev üsulu ilə müalicəsi
- Müşfiq Atakişiyevin bu səbəbdən azadlığa buraxılması istənildi - FOTO