Dünya

Ukraynada Azərbaycan vətəndaşlarını orqan transplantasiyası məqsədilə xaricə göndərən qrup üzvləri yaxalandı

21 Oktyabr 2014 11:06
0 Şərh     Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları Kiyevdə insan orqanlarının alveri ilə məşğul olan beynəlxalq cinayətkar qruplaşmanın fəaliyyətində iştirak edən 2 ölkə vətəndaşını həbs ediblər.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, SBU-dan bildiriblər ki, şübhəli şəxslər əsasən aztəminatlı kənd sakinləri olan donorları əməkdaşlığa cəlb edərək onları qanunsuz orqan transplantasiyası məqsədilə Asiya və Latın Amerikası ölkələrinə göndərirmiş: "2010-2014-cü illər ərzində onlar 500-ə yaxın Ukrayna, Azərbaycan, Ermənistan, Litva və Rusiya vətəndaşını ölkə xaricinə göndəriblər".

Saxlanılan şəxslərin günahı sübut olunarsa, onları 12 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.