Dünya

Çe və Pikassonun fotoqrafı öldü

21 Oktyabr 2014 11:30
0 Şərh     Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çörçillin üstü açıq maşında şəklini çəkəndə onun sadəcə 13 yaşı olub

Əfsanəvi inqilabçı Çe Gevara və ötən əsrin ən nüfuzlu rəssamlarından biri olan Pablo Pikassonun fotoşəklini çəkən isveçrəli fotoqraf Rene Burri vəfat edib.

Anspress-in məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən 81 yaşlı fotoqraf doğulduğu Sürix şəhərində dünyasını dəyişib.

Məlumata görə, Burri ölümündən əvvəl 30 000 foto şəkillik arxivini Yelisey sarayının muzeyinə bağışlayıb.

Rene Burri 1933-cü ildə Sürixdə anadan olub. İlk təhsilini doğulduğu şəhərdəki incəsənət məktəbində alıb. Bu məktəbdən məzun olduqdan sonra bir müdət "Uolt Disney" studiyasında operator köməkçisi kimi fəaliyyət göstərib.

İlk fotoşəkli, Böyük Britaniyanın görkəmli dövlət xadimi Uinston Çörçillin üstü açıq maşında şəklini çəkəndə onun sadəcə 13 yaşı olub.

Çe Gevaranın siqar çəkəndə, Fidel Kastronun müxtəlif portretlərində, Pikasso, Cakometti, Klein kimi məşhurların bir çox fotoşəklində məhz Burrinin imzası var.

Çeni "Qürurlu bir insan" adlandıran Burri: "Ancaq cazibədarlığı var. Qəfəsdəki pələng kimidir", - deyib. Pikassonun şəklini çəkmək üçün isə Burri 4 il gözləməli olmuşdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.