Dünya

"İŞİD-çi oğlumu Suriyadan qaytardım"

21 Oktyabr 2014 11:12
2 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə vətəndaşlarından ən azı 500-nün Suriya və İraqa döyüşməyə getmiş ola biləcəyinə inanırıq

Suriyaya döyüşməyə gedən bir britaniyalının anası BBC-nin "Inside Out London" proqramına öz hekayəsini, oğlunu Suriyadan necə qaytardığını danışıb.

Anspress-in məlumatına görə, müsəlman icmalarda gənc kişi və qadınların radikallaşdırılması barədə narahatlıqlar artır.

Qeyd edək ki, İngiltərə baş naziri Kameron İraq və Şam İslam Dövləti qruplaşmasının Birləşmiş Krallıq üçün çox böyük təhlükə mənbəyi olduğunu açıqlayıb.

Onun sözlərinə görə, İŞİD indiyə kimi İngiltərə üçün olan bütün təhlükələrdən ən böyüyüdür:

"İngiltərə vətəndaşlarından ən azı 500-nün Suriya və İraqa döyüşməyə getmiş ola biləcəyinə inanırıq. Xalqımızın təhlükəsizliyi üçün lazım olan hər şeyi, hər zaman edəcəyik. İngiltərə dünyadakı ən keyfiyyətli və güclü təhlükəsizlik və kəşfiyyat xidmətlərinə sahibdir. Lazım olan yerdə və zamanda operativ əməliyyatlar təşkil edəcəyik. Şübhəlilərin ölkəyə girməsini əngəlləmək üçün onların pasportları onlardan alınır və vətəndaşlıqdan mərhum edilirlər. Xaricdə həyata keçirilən bütün terror aktlarında iştirak edən ölkə vətəndaşları qanun qarşısında cavab verməli olacaqlar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.