Dünya

Ruhani qondarma soyqırım tədbirinə dəvət aldı

21 Oktyabr 2014 09:36
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həsən Ruhaninin dəvəti qəbul edib-etmədiyi bilinmir

Ermənistan baş naziri Hovik Abrahamyan ilə İran prezidenti Həsən Ruhaninin görüşü erməni təxribatından qıraqda qalmayıb.

Anspress-in məlumatına görə, prezidentlə görüşü zamanı vəziyyətdən istifadə edərək Abrahamyan Həsən Ruhanini 2015-ci il aprelin 24-də İrəvanda keçiriləcək qondarma erməni soyqırımına həsr edilən tədbirə Sərkisyanın dəvətini çatdırıb.

İran prezidenti diplomatik yolla dəvətdən boyun qaçıraraq prezidentə salam göndərib.

Qeyd edək ki, görüşdə Qarabağ münaqişəsindən də söz açılıb və hər iki tərəf münaqişənin yalnız sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacib olduğunu bildirib. Ruhani regionda stabilliyi əsas amil kimi qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.