Dünya

İŞİD Kobanidə məhv olacaq

21 Oktyabr 2014 09:46
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu barədə fikri ingilis politoloq Castin Bronk səsləndirib

İngilis politoloq Bronk İŞİD-in böyük bir səhvə yol verdiyini bildirib.

Anspress-in məlumatına görə, Birləşmiş Krallıq Xidmət İstitutunun mütəxəssislərindən olan Castin Bronk İŞİD terror təşkilatının Kobaniyə soxulmasının strateji səhv olduğunu qeyd edib.

"İŞİD artıq 4 həftədir ki, Kobanidə koalisya qüvvələri tərəfindən vurulur. Buna görə də içəriyə - şəhər mərkəzinə doğru irəliləməyə çalışırlar və bu bölgələrdə kürd döyüşçülərlə küçə döyüşlərinə girməli olurlar. Tamamilə küncə sıxıldıqları göz qabağındadır. Kobani Türkiyə sərhədinə yaxın bir nöqtədə yerləşməklə yanaşı, həm də ətrafı səhralıqdan ibarətdir. İŞİD silahlıları kürd döyüşçülərə görə qaça bilmirlər", - deyə Bronk bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.