Dünya

İnanılmaz: yatmış gözəl nağılı gerçəkmiş - VİDEO - FOTO

21 Oktyabr 2014 11:53
1 Şərh     Baxış: 4 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransız yazıçı Şarl Perronun 1697-ci ildə yazdığı "Yatmış gözəl" nağılı əslində ənənəvi Avropa nağılıdır. Perro bu nağılın xrestomatik variantının müəllifidir.
 

İndisə bu nağılın gerçək prototipi tapılıb.

Milli.Az BBC News-a istinadən bildirir ki, İngiltərənin Mançester bölgəsindəki Stokport şəhərində yaşayan Bet Quder çox nadir, müalicəsi olmayan Klayne-Levin sindromu (Kleine-Levin Syndrome, KLS) və ya "Yatmış gözəl" mərəzinin xəstəsidir.
 

Bu sindroma mübtəla olanlar çox yatırlar. Daha doğrusu, oyaq qala bilmirlər.

20 yaşlı Bet də belədir. O, sutkada ən uzağı 2 saat ayaq üstədir: yerdə qalan vaxtı o, sürəkli yatır.
 

Sutkada 22 saat yuxuda olduğundan Bet işləmək və ya oxumaq imkanlarından məhrumdur.

Betin dediyinə görə, 16 yaşı olanda bu xəstəliyi sezib.
 

"Əvvələr gündə 8 saat yatırdım. Sonra sutkada cəmi 8 saat oyaq qala bildim. Vaxt keçdikcə yuxulu olduğum zaman da artırdı. Hər 5 həftədən bir isə ümumiyyətlə, ayılmağa çətinlik çəkirəm. Belə olanda bir həftədən üç həftəyədək yuxuda oluram. Ayılanda isə yuxulu, ya oyaq olduğumu anlamağa çətinlik çəkirəm", - Bet deyib.
 

Hazırda dünyada 100 nəfər "Yatmış gözəl" xəstəliyinə mübtəladır və onların 70 faizi kişilərdir.
 

Həkimlərin dediklərinə görə, bu sindromun səbəbləri bilinmir və onun müalicəsi də yoxdur.
 

Bettin anası Janin deyir: "O, ayıq olanda normal insandır. Amma oturduğu yerdə, ya da yemək yeyəndə yatır. Qızımın nə zaman, harada yuxuya gedəcəyini kimsə bilmədiyindən onu evdən eşiyə çıxmağa qoymuram".
 

Bettin sözlərinə görə, həyatı yuxuda keçdiyindən ömrünün yarıdan çoxunu xatırlamır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.