Dünya

Əfsanəvi modelyer vəfat etdi - FOTO

21 Oktyabr 2014 09:24
1 Şərh     Baxış: 2 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur model və dizaynerlərindən biri Oskar de la Renta 83 yaşında ABŞ-da, Kentukki ştatındakı Kent şəhərində vəfat edib.

Milli.Az CNN News-a istinadən bildirir ki, əfsanəvi kuturyerin ölüm səbəbləri açıqlanmır. 2006-cı ildə müayinə zamanı həkimlər onda xərçəng aşkarlasalar da, 2013-cü ildə modelyerin xəstəliyi tam müalicə etdirdiyini demişdilər.
 

1932-ci ildə Dominikan Respublikasında anadan olmuş Oskar de la Renta 18 yaşında Madriddəki İncəsənət Akademiyasına daxil olmuşdu. 28 yaşında o, ABŞ-ın İspaniyadakı səfirinin qızı üçün buraxılış gecəsi paltarı tikmişdi. Qızın həmin paltarda fotosu təsadüfən "Life" jurnalının üz qabığında dərc olundu və bundan sonra de la Renta İspaniyadakı "Balenciaga" brendinə işə qəbul olundu.
 

Bir qədər keçdi, de la Renta Parisə köçərək "Lanvin" modalar evində işləməyə başladı, 1963-cü ildə isə ABŞ-a yollanaraq orada öz modalar evini yaratdı.

Oskar de la Rentanın müştəriləri arasında Nensi Reyqan, Hillari Klinton və Lora Buş vardı. Məşhur aktyor, Hollivud ulduzu Corc Kluninin xanımı Amal Əlamuddinin gəlinlik paltarının müəllifi də de la Renta idi.
 

Oskar de la Renta ABŞ, Fransa, Dominikan Respublikası və İspaniyada bir sıra mükafatlar, fəxri adlar və ordenlərlə təltif olunub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.  



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.