Dünya

Azərbaycanlı vəhhabi özünü partlatdı

21 Oktyabr 2014 13:57
4 Şərh     Baxış: 2 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Əbu Abdullah əl-Azərbicani" ləqəbli azərbaycanlı kamikadze ötən gün İraqın Səlahəddin əyaləti ərazisində terror aktı törədib.

Milli.Az SalamNews-a istinadla xəbər verir ki, sosial şəbəkədə yerləşdirilmiş məlumata əsasən, İraqın Səlahəddin əyalətində ordu qüvvələri Beyci şəhəri istiqamətində irəliləyərkən əl-Həmrə adlanan bölgədə əsgərlərə qarşı kamikadze əməliyyatı həyata keçirilib. Əməliyyatı "Əbu Abdullah əl-Azərbicani" ləqəbli bir "mücahid"in içərisində iki ton partlayıcı olan "Hummer" hərbi maşınını parlatmaqla həyata keçirdiyi bildirilir.

Mənbələr kamikadze əməliyyatı nəticəsində ordunun dörd hərbi texnikasının sıradan çıxdığı və bir neçə əsgərin öldüyünü yazıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.