Dünya

Makiyaj naziri işindən etdi

20 Oktyabr 2014 12:04
0 Şərh     Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Yoko Obuti istefaya gedib. Milli.Az-ın BBC-yə istinadən məlumatına görə, o, istefa ərizəsini baş nazir Sindzo Abeyə təqdim edib. 

Obuti siyasətlə bağlı olmayan makiyaj vasitələrinə həddən artıq vəsait xərclədiyi üçün vəzifəsindən uzaqlaşmalı olub. Reuters-in məlumatına görə, 2009-2011-ci illər arasında nazirin dəstək fondundan Obutinin tərəfdarları üçün teatral tədbirlərin keçirilməsi üçün 43 milyon ien (təxminən 16,7 milyon dollar) xərclənilib. Digər fond Obutinin qohumlarına məxsus olan mağazalardan alış-verişə 3.8 milyon ien (təxminən 1.5 milyon dollar) xərcləyib. 

40 yaşlı Obuti Yaponiya hökumətində olan beş qadın nazirdən biri idi. Onun istefası Yaponiyada ciddi siyası böhrana səbəb ola bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.