Dünya

Ərdəbildə qar yağdı, dərslər dayandı

20 Oktyabr 2014 10:39
0 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İranın Ərdəbil əyalətində qar yağıb, bəzi şəhərlərdə qarın hündürlüyü 15 santimetrə çatıb.

Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Ötən gecədən güclü qar yağması nəticəsində Ərdəbil, Nir, Nəmin, Meşginşəhr, Hir, Ərşəq və Lahrud şəhərlərində səhər növbəsində məktəblərdə dərslər dayanıb. Qar Ərdəbil şəhərində ağacların budaqlarının sınmasına səbəb olub.

Ərdəbil əyalətinin Azərbaycan sərhədlərinə yaxın Germi, Xalxal, Meşginşəhr, Əsalim və Rəzi istiqamətində yollar buz bağlayıb və avtomobillər yalnız zəncirlərin köməyi ilə hərəkət edirlər.

Ərdəbil əyalətinin qar yağan şəhərlərində havanın tempuraturunun mənfi 10 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.