Dünya

İŞİD ağır itki verdi

20 Oktyabr 2014 10:04
0 Şərh     Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Terrorçu qruplaşmanın 45 üzvünün məhv edildiyi bildirilir

İraqın Ənbar vilayətində İŞİD terror qruplaşmasının 45 üzvü ölü olaraq ələ keçirilib.

Anspress-in məlumatına görə, bu barədə Ənbar əməliyyatları üzrə cavabdeh şəxs olan general Rəşid Felih "Anadolu" agentliyinə xəbər verib.

O bildirib ki, Ramadinin qərbindəki Bağdadi bölgəsində İŞİD terrorçuları ilə bölgə qüvvələri arasında qarşıdurma yaşanıb. Qarşılıqlı döyüş zamanı 30-dan çox silahlı öldürülüb.

Ramadinin Hadisə bölgəsində isə baş verən başqa bir qarşıdurma zamanı 15 İŞİD terrorçusu məhv edilib, ağır silah daşıyan 4 texnika isə ələ keçirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.