Dünya

Nepalda daha 9 alpinistin cәsәdi tapıldı

20 Oktyabr 2014 09:19
0 Şərh     Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nepalda qar fırtınası və uçqun fəlakətində ölənlərin sayı 39-a yüksəlib.

Anspress-in məlumatına görə, 300-dən çox alpinistin köməksiz qaldığı hadisədə ölənlərin sayının daha da artması ehtimalı narahatıq yaradır.

Himalay dağlarında bu həftə baş verən uçqun fəlakətindən sonra xilasetmə işləri davam edir. Alpinistlərdən daha 9 nəfərin cəsədinin tapıldığı bildirilir.

Nepalın bu günə qədər yaşadığı ən ağır alpinistlik fəlakət olan hadisədə 289 nəfər xilas edilib. Lakin 30-a yaxın alpinistin hələ də dağda köməksiz vəziyyətdə qaldığı bildirilir.

Helikopterlərlə davam edən axtarış-xilasetmə işləri 5700 metr hündürlükdə həyata keçirilir. Xilas olunan alpinistlərin bir çoxunun bəzi əzalarının donduğu qeyd edilir. Ölən alpinistlər arasında Nepal, İsrail, Kanada, Hindistan, Slovakiya və Polşa vətəndaşları da var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.