Dünya

Koreyalılar bir-birlərini gülləyə tutdular

20 Oktyabr 2014 09:40
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ciddi mühafizə olunan sərhəddə qısamüddətli atışma olub

Ötən gün Şimali və Cənubi Koreya arasında qarşılıqlı atışma olub.

Anspress-in məlumatına görə, Şimali Koreya əsgərləri iki tərəfi ayıran demarkasiya xəttinə yaxınlaşanda Cənubi Koreya əsgərləri onlara doğru xəbərdaredici atəş açıb. Şimali koreyalılar da buna cavab olaraq atəş açıblar və iki tərəf təxminən 10 dəqiqə ərzində bir-birinə güllə atıb.

Xəsarət alanların olmadığı bildirilir. Bu barədə Cənubi Koreyanın rəsmi xəbər agentliyi "Yonhap" məlumat yayıb.

Oktyabrın 10-da da qarşılıqlı atəş açılmış, daha sonra ayın 15-də hər iki tərəfdən hərbi zabitlər gərginliyi azaltmaq üçün sərhəddəki kənddə görüşmüşdülər. Yenidən tərəflərin bir-birinə atəş açmasından görünür ki, heç bir razılığa gələ bilməyiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.