Dünya

İki liderin təcili zəngi...

19 Oktyabr 2014 20:22
2 Şərh     Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyə prezidenti ABŞ prezidentinə İŞİD-dən danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, iki dövlət başçısı arasındakı söhbətin mövzusu İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qarşı mübarizə barədə olub.

Hər iki dövlət başçısının fikrincə, İŞİD-ə qarşı mübarizə gücləndirilməlidir və hər iki dövlətin bu istiqamətdə səyləri birləşdirilməlidir.

Türkiyə tərəfi Ərdoğanın Kabildən İstanbula döndükdən sonra Obamaya zəng etdiyini bildirib. Məlumatda deyilir:

"Telefon söhbətində İŞİD-in irəliləməsini dayandırmaq istiqamətində görülə biləcək tədbirlər və Kobani daxil olmaq üzrə Suriya məsələsi müzakirə edilib. Görüşdə təxminən 180 min kobanilinin də aralarında olduğu sayı 1,5 milyonu keçən suriyalını qəbul edən Türkiyənin bu insanlara etdiyi yardımlara da toxunulub. Ərdoğan və Obama İŞİD-ə qarşı ortaq mübarizəni gücləndirmək üçün daha yaxından əməkdaşlıq etməyi davam etdirmək barədə razılaşdılar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.