Dünya

ABŞ-da bayramı polis dağıtdı: 30 nəfəri qandalladılar

19 Oktyabr 2014 18:03
0 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-da hər il keçirilən "Balqabaq festivalı" (Haloween) builki bayram ərəfəsində kütəvi qarışıqlıq və 30 nəfərin zərər çəkməsi ilə yaddaqalan olub.

Anspress-in məlumatına görə, Amerikanın Nyu-Hempşir ştatında yerləşən Kin şəhərində Hellovin ərəfəsində keçirilən "Balqabaq festivalı" kütləvi qarışıqlığa səbəb olub. Tələbələr polisə pivə şüşələri və dəmir qabları atıblar.

Məlumata görə, əsasən yerli kollec tələbələri olan bayram paradı iştirakçıları küçələrdə ocaq yandırıblar, bütün yollara isə pivə şüşələri atılıb. Polis insanları sakitləşdirmək istəyərkən isə spirtli içki şüşələri artıq asayiş keşikçiləri tərəfə atılmağa başlayıb.

Nəticədə festival iştirakçılarını dağıtmaq üçün hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qazdan istifadə etməli olub.

Bunun da nəticəsində 30 nəfər şəxs yaralanıb, onlarla gənc isə həbs olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.