Dünya

30-dan çox İŞID-çı məhv edilib

19 Oktyabr 2014 16:05
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Antiterror koalisiyası qrurlaşmanın İraqdakı mövqelərini bombalayır
Antiterror koalisiyası İŞID-ın mövqelərinə yeni aviazərbələr endirib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, ABŞ və ona müttəfiq ölkələrin İraqda bu qrurlaşma üzvlərinin mövqeyini hələ də bombalamaqda davam edir.

Beynəlxalq antiterror koalisiyası Suriya ilə İordaniya sərhədinə yaxın Ər-Rəmadi şəhərinin qərbindəki administrativ mərkəz olan Al-Anbar vilayətindən İŞID-çıların mövqeyinə bir neçə zərbə endirib. Verilən məlumata görə minimum 30 İŞID üzvü məhv edilib.

Qeyd edək ki, Ər-Ramadi strateji cəhətdən mühim şəhərdir. Döyüşçülər tərəfindən ona hücum olunarsa, ardınca isə Bağdadın təxminən 57 kilometr qərbində yerləşən Əl-Fallucin şəhəri tutularsa İraqın paytaxtının işğalına böyük təhlükə ola bilər.

Yeri gəlmişkən, ABŞ başda olmaqla koalisiya qüvvələrinin güc tədbirlərinə baxmayaraq İŞID İraq və Suriyada yeni ərazilər zəbt etməkdə davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.