Dünya

Məşhur müğənni xərçəngə qalib gəldi

19 Oktyabr 2014 12:41
0 Şərh     Baxış: 2 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya estradasının məşhur müğənnilərindən olan Janna Friske həyat yoldaşı Dmitri Şepelyov və oğlu Platonla Moskvaya qayıdıb.

Anspress-in məlumatına görə, müğənni əvvəl Latviyada keçdiyi reabilitasiya, sonra isə Çində aldığı növbəti müalicə kursundan sonra özünü yaxşı hiss edir. Onun xəstəliyi artıq azalmağa başlayıb, həkimler onda uzunmüddətli remissiya hiss edirlər. Janna xaricən gözlə görünən dərəcədə dəyişib: xeyli dərəcədə arıqlayıb, əlillər üçün olan arabadan imtina edərək artıq özü gəzir və artıq görmə qabiliyəti bərpa olunub. Bildirilir ki, uğurlu müalicədən sonra o, demək olar ki, normal həyata qayıdıb.

J. Friske artıq Moskva küçələrində görünməyə başlayıb, mağaza və restoranları ziyarət edir. Ona yanvar ayının 20-si "beyin xərçəngi" diaqnozu qoyulmuş və bu barədə onun vətəndaş nikahında olduğu həyat yoldaşı teleaparıcı Dmitri Şepelyov bildirmişdi. Və o, Jannanın müalicəsi üçün böyük məbləğdə pulun lazım olduğunu demiş, insanları soyuqqanlı olmamağa və dualarını əksik etməməyə çağırmışdı. Buna görə də Rusiyanın birinci kanalı və Rusfond müğənni üçün lazım olan məbləği toplaya bilmişdi.

Qeyd edək ki, Janna Friskeyə onkoloji diaqnozun qoyulmasından 1 ildən çox vaxt keçib. Xəstəlik aşkarlananda 4-cü mərhələdə idi. Müğənni ABŞ-da müalicə alarkən ona eksprimental nano-vaksinlər vuruldu. Möcüzə vaksinlər ona kömək etdi, halbuki əvvəlcə həkimlər operativ müdaxilədən imtina edərək, mühafizəkar müalicəni təklif edirdilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.