Dünya

Başlarına küldən yağış yağır - FOTO

19 Oktyabr 2014 11:10
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sinabunq vulkanı yenidən aktivləşib.

Milli.Az anspress-ə istinadən bildirir ki, İndoneziyanın Sumatra adasındakı Sinabunq vulkanında son bir həftədə ikinci dəfə partlayış əmələ gəlib.

400 il sonra yenidən fəaliyyətə başlayan Sinabunq vulkanının yarada biləcəyi zərərlərin qarşısını almaq üçün təyin edilən xüsusi qrupun rəhbəri Asurana Sukarna 24 saat ayıq-sayıq olduqlarını bildirib.

Şimali Sumatra əyalətinin paytaxtı Mendana yaxın olan vulkanın gözlənilmədən püskürməsi onları çətin vəziyyətə salıb.

3 min metrə qədər qalxan vulkanik kül buludu 30 kilometr məsafədə yeləşən ərazilərə yağış şəklində yağır. Buna görə də təhlükə səbəbilə minlərlə insan evlərindən təxliyyə edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.