Dünya

Rusiyada polisə hücum: ölən və yaralılar var

19 Oktyabr 2014 09:41
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Kabardin-Balkar respublikasında yol-patrul xidmətinin polis əməkdaşları naməlum silahlıların hücumuna məruz qalıb.

Anspress-in məlumatına görə, paytaxt Nalçikdə qeydə alınan hadisə zamanı polis əməkdaşlarından biri ölüb, biri isə yaralanıb.

BBC telekanalı bildirib ki, polis şübhəlilərin avtomobilini yoxlama üçün saxlayan zaman baş verib. Polis sürücünün sənədlərini yoxlamaq istəyib. Bu zaman avtomobildəki sərnişinlər polisə atəş açmağa başlayıblar.

Atışma zamanı polis hücum edən şəxslərdən biri zərərsizləşdirməyi bacarıb. Lakin digər 3 nəfər qaçmağa müvəffəq olub.

Faktla bağlı istintaq başladılıb. Zorakı şəxslər axtarışa verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.