Dünya

Rusiyada zəlzələ olub

19 Oktyabr 2014 09:25
0 Şərh     Baxış: 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın şərqində yeraltı təkanlar qeydə alınıb.

Anspress-in məlumatına görə, gecə saatlarında Cənubi Kuril adalarında maqnitudası 5,0 bal olan zəlzələ meydana gəlib. Rusiya Elmlər akademiyası Geofizika xidmətindən zəlzələnin mərkəzi Şikotan adasının yaxınlığında 60 km dərinlikdə olduğu bildirilir.

Başqa bir zəlzələ isə Kamçatka yarımadasında baş verib. Burada yeraltı təkanın gücü isə 4,7 bal, ocağı 86 km dərinlikdə qeydə alınıb.

Baş verən hər iki zəlzələdə dağıntı və fəlakətin olması barədə heç bir məlumat yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.