Dünya

Rusiyada soydaşımızı güllələdilər

2 Oktyabr 2014 18:48
0 Şərh     Baxış: 1 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya Federasiyasının Samara şəhərində 33 yaşlı Azərbaycan vətəndaşı güllələnib. Milli.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə sentyabrın 27-də baş verib. Adı açıqlanmayan 33 yaşlı Azərbaycan vətəndaşı yaşadığı evdə - Buyanova küçəsi 106 ünvanında güllələnib. Onu dərhal yaxınlıqda yerləşən xəstəxanaya çatdırıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşını odlu silahdan atəş açaraq yaralayan şəxs saxlanılıb. Onun 56 yaşlı ikinci qrup əlil, əvvəllər məhkumluq həyatı yaşamış biri olduğu bildirilib. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə baş verməzdən əvvəl hər iki şəxs evdə oturub yeyib-içirmişlər. Sonra onların arasında mübahisə düşüb. Nəticədə ikinci qrup əlil Azərbaycan vətəndaşını odlu silahdan atəş açaraq yaralayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.