Dünya

İstanbul sakinləri Türkiyənin İraq və Suriyadakı hərbi əməliyyatlarda iştirakına etiraz edirlər

2 Oktyabr 2014 17:35
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İstanbul sakinləri ölkə parlamentinin Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriya ərazisindəki "İslam Dövləti" terror təşkilatının yaraqlılarına qarşı əməliyyatlarda iştirakına icazə verən mandatın qəbul edilməsinə etiraz edirlər.

Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Mandata etiraz əlaməti olaraq 200-dən artıq qadın İstanbulun Avropa ilə Asiya hissəsini birləşdirən körpüdə hərəkəti dayandırıblar.

İstanbul polisi etiraz aksiyasının 16 iştirakçısını saxlayıb.

Qeyd edək ki, oktyabrın 2-də Türkiyə parlamenti İraq və Suriya ərazisində Türkiyə üçün təhdid yaranacağı halda Silahlı Qüvvələrin həmin ölkələrin ərazisində "İslam Dövləti" terror təşkilatının yaraqlılarına qarşı əməliyatlarda iştirakına icazə verən mandatı müzakirə edib.

Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) və kürdyönlü Xalqların Demokratik Partiyası (HDP) mandatın qəbuluna səs veriblər.

Milliyyətçi Hərəkat Partiyası (MHP) və hakim Ədalət və İnkişaf Partiyası (AKP) da mandatın qəbul edilməsinə tərəfdardırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.