Dünya

Dünyanın ən yaşlı klounu öldü

2 Oktyabr 2014 14:32
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın ən yaşlı klounu Floyd Krikmor ABŞ-da dünyasını dəyişib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Creeky ləqəbi ilə tanınan artist ömrünün 98-ci payızında dünyadan köçüb.

Krikmor Montana ştatındakı Billinqs şəhərində gözlərini əbədi olaraq yumub. Onun ölümünə səbəb isə ürək çatışmazlığı olub. Onun ölümü barədə oğlu məlumat verib.

Floyd Krikmor 1916-cı ilin iyul ayının 14-də Montana ştatında dünyaya göz açıb.

1993-cü ildə beynəlxalq klounlar assosiasiyası onu ilin klounu seçib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.