Dünya

Ermənistan hökuməti ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair müqavilə layihəsini bəyənib

2 Oktyabr 2014 14:19
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistan hökuməti bu gün keçirdiyi iclasda ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə layihəsini bəyənib.

Trend-in cümə axşamı "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, Ermənistan maliyyə nazirinin müavini Suren Karayan müqavilənin əsas bəndlərini açıqlayıb.

Ermənistan baş naziri Ovik Abramyan sənədin yekun razılaşdırılması və onun Ermənistan versiyasına uyğunluğunun yoxlanılması üçün bütün qurumlara 3 gün vaxt verib.

Qeyd edək ki, müvafiq sənədin oktyabrın 10-da Minskdə Avrasiya İqtisadi İttifaqı ölkələri liderlərinin danışıqlarının yekunu üzrə imzalanması planlaşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.