Dünya

Dünyanın ən məşhur qulduru tutuldu

2 Oktyabr 2014 11:05
0 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"El-Açe" Meksikada saxlanılıb

"Beltran və Leyva qardaşları" narkokartelinin başçısı Ektor Beltran Baş prokurorluğun hərbi birləşmələrlə birgə apardığı uğurlu əməliyyat nəticəsində Meksikada ələ keçirirlib.

Anspress-in məlumatlna görə, bu barədə Meksika hökuməti xəbər yayıb.

Bu günə kimi kriminal aləmdə "El-Açe" ləqəbi ilə tanınan quldurun yaxalanması barədə ətraflı məlumat verilmirdi. Prokurorluq əməkdaşları bildiriblər ki, hazırda yaxalananın şəxsiyyətinin təsdiqlənməsi üçün DNT analizi keçirilir. Bir neçə saat ərzində keçirilən əməliyyat barədə hökumətin daha ətraflı məlumat verməsi gözlənilir.

Qeyd edək ki, Birləşmiş Ştatlar ərazisinə böyük narkotika partiyaları təşkil edən Beltranın yaxalanmasına aparan məlumat üçün ABŞ 5 milyon dollar dəyərində mükafat təklif etmişdi. Öz növbəsində Meksika hakimiyyəti bunun müqabilində daha çox, 30 milyon dollar təklif edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.